Dəqiqləşdi: Kosovonun ulduzu millimizə qarşı oynamayacaq

00:58 - 1 Sentyabr 2018

Millətlər Liqasında sentyabrın 7-də Azərbaycan və bundan 3 gün sonra Farer adaları ilə qarşılaşacaq Kosovo yığması ciddi itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, komandanın ulduzu Valon Berişa zədə səbəbindən sözügedən oyunlarda millisinə kömək etməyəcək.

 

"Latsio"nun futbolçusunun bu həftədən məşqlərə başlayacağı gözlənilsə də, bu, baş verməyib. Bu səbəbdən 25 yaşlı futbolçu millinin baş məşqçisi Bernard Şallan tərəfindən yığmaya çağırılmayıb.

 

Qeyd edək ki, Azərbaycan - Kosovo oyunu sentyabrın 7-si Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbər xətti