"Mançester Yunayted"dən ayrıldıqdan sonra işsiz qalan Joze Mourinyo İtaliya televiziyasının "Tiki-Taka" proqramınında gələcəyi ilə bağlı danışıb.
Sportal.az xəbər verir ki, 56 yaşlı mütəxəssis gələcəkdə İtaliya klublarını çalışdırmaq ehtimalının olmadığını söyləyib:
"Gələcəyimin İtaliyaya aid olduğunu düşünmürəm. "İnter" mənim evim, ailəmdir. Moratti yaxın dostumdur. Madriddəki finaldan sonra "San-Siro"ya qayıtsaydım, "İnter"dən heç vaxt ayrılmazdım. Ailə ilə vidalaşmaq çox ağırdır".
Portuqaliyalı mütəxəssis 2008-2010-cu illərdə "İnter"i çalışdırıb və komandanı ÇL-də qalib edib.
saytlarin hazirlanmasi