"Qarabağ" ev oyunlarını harada keçirə bilər? - UEFA-nın tələbi

00:01 - 21 Oktyabr 2020

Xəbər verdiyimiz kimi, "Qarabağ" Avropa Liqasının qrup mərhələsində ev oyunlarını neytral meydanda, yəni başqa ölkədə keçirəcək.


Sportal.az xəbər verir ki, "Qarabağ"ın hansı ölkədə oynaması hələ ki məlum olmasa da, bu haqda UEFA-nın əsas tələbi var. Belə ki, Ağdam təmsilçisi bu mövsüm avrokubokların III və ya pley-off mərhələsi və ötən mövsüm qrup mərhələsinin  keçirildiyi stadionların birində oynaya bilər. 


Digər tələb isə, rəqib komandaların oyunların keçirildiyi ölkəyə gələrkən viza və digər məsələlərdə çətinlik çəkməməsidir.
 

Xəbər xətti