"Sabah" legioneri ilə yolları ayırdı

11:20 - 29 Dekabr 2020

“Sabah” yarımmüdafiəçisi Yevgeni Koçukla yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Modovalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Koçuk bu ilin yanvar ayından “Sabah”ın uğurları üçün çalışırdı. O, bu müddətdə komandada 12 oyun keçirib.

Xəbər xətti