"Liverpul"un futbolçusu Joel Matip zədə səbəbindən üç həftə yaşıl meydanlardan uzaq qalacaq.
Sportal.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin baş məşqçisi Yurgen Klopp məlumat verib.
Matip ötən bazar Premyer Liqada "Vest Bromviç"lə matçda (1:1) zədələnib.