"Neftçi” futbolçusu Cabir Əmirlini icarəyə verib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, anlaşmaya əsasən, 23 yaşlı müdafiəçi mövsümün sonunadək "Sumqayıt”da çıxış edəcək.
Keçən ilin yayında "Neftçi”yə transfer olunmuş Cabir Əmirli bu mövsüm 5 oyunda meydana çıxıb.
"Ağ-qaralar" daha əvvəl hücumçusu Prins İbara ilə yolları ayırıb.