"Azərbaycandan ayrıldıqdan sonra bəzi təkliflər oldu" - Nikola Yurçeviç

17:25 - 5 Yanvar 2021

Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç Xorvatiya mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 54 yaşlı mütəxəssis Azərbaycandan ayrıldıqdan sonra bəzi təkliflərin olduğunu deyib:

 

"Azərbaycandan ayrıldıqdan sonra bəzi təkliflər oldu. Danışıqlar getsə də, bu koronavirus pandemiyası həm şəxsi, həm də iş həyatımıza ciddi şəkildə təsir etdi. Fərqli yaşamağa və davranmağa başladıq. Amma hələ heç nə bitməyib, sabah necə olacağını heç kim bilmir".

 

Yurçeviç 2019-cu ilin fevralından dekabrna qədər Azərbaycan yığmasını çalışdırıb. Onun rəhbərliyi altında milli AVRO-2020-nin seçmə mərhələsində 8 oyunda 1 xal toplayıb.

Xəbər xətti