“Qəbələ” 2020/21 mövsümünün ikinci hissəsinin hazırlıqlarına start verib.
Sportal.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 13-cüI turunun 2020-ci il dekabrın 24-də “Səbail”ə qarşı keçirilən oyunundan (3:1) sonra istirahətə buraxılan “qırmızı-qaralar” ötən günün ikinci yarısında bir araya gəlib.
Komanda hazırlığa Qəbələdə başlayıb. Elmar Baxşıyevin kollektivi toplanışın ilk günündə bir məşqlə kifayətlənib. Hazırlıq prosesi yüngül məşqdən ibarət olub. “Qırmızı-qaralar” bu gün iki məşq edəcək.
Yanvarın 13-dək Qəbələdə məşq edəcək komanda hazırlığını Bakıda tamamlayacaq. “Qırmızı-qaralar” yanvarın 14-də “Sumqayıt”la yoxlama oyununda qüvvəsini sınayacaq.
saytlarin hazirlanmasi