İdman Araşdırmalar Mərkəzi (İAM) "İlin Qalibləri-2020" layihəsi çərçivəsində növbəti mükafatlandırma mərasimini keçirib.
Sportal.az xəbər verir ki, bu dəfə İlin Döyüşkən İdman Xadimi nominasiyasında qalib olan "Qəbələ" klubunun prezidenti Fariz Nəcəfov və İlin Döyüşkən Məşqçisi seçilən MMA idmançısı Bəxtiyar Abbasov təltif edilib.
"Qəbələ" İdman Klubunun ofisində keçirilən mərasim 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla başlayıb.
Tədbiri giriş sözü ilə açan İAM-in sədri Elşən Məmmədov açıb və mükafatlandırma haqda ətraflı məlumat verib.
Daha sonra ilk olaraq ilin döyüşkən məşqçisi seçilən "Baku MMA Academy"nin baş məşqçisi Bəxtiyar Abbasov mükafatlandırılıb. Bəxtiyar Abbasova mükafatı Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov təqdim edib.
Sonra isə İlin Döyüşkən İdman xadimi Fariz Nəcəfov təltif edilib. Ona mükafatı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edib.
saytlarin hazirlanmasi