"Qəbələ" ilə yollarını ayırmağa hazırlaşan Ceyms Adeniyi karyerasını İsraildə davam etdirəcək.
Sportal.az "sport5.co.il" saytına istinadla xəbər verir ki, 28 yaşlı hücumçu "Hapoel" (Kiryat-Şimona) ilə razılaşıb. Nigeriyalı oyunçunun qısa zamanda yeni komandasına qoşulacağı bildirilib.
2019/2020 mövsümünü icarə əsasında "Hapoel"də keçirmiş Adeniyinin "Qəbələ" ilə müqaviləsinin müddəti bu mövsümün sonuna qədərdi.
saytlarin hazirlanmasi