İkinci hissə komandası - "Zirə"

16:36 - 12 Yanvar 2021

“Zirə” Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsində 16 qol vurub.

 

Sportal.az xəbər verir ki, “qartallar” baş tutan 13 turda ikinci hissədə daha məhsuldar çıxış etməsi ilə diqqət çəkib. Komanda fasiləyədək cəmi 5 qol vurub. İkinci hissədə isə "Zirə" daha qarşısıalınmaz olub  11 top. Komanda fasilədən sonrakı 15 dəqiqədə ilk yarıdakı qədər – 5 dəfə rəqib qapısına yol tapıb.

 

1-15-ci dəqiqələr: 1 qol
16-30-cu dəqiqələr: 2 qol
31-45-ci dəqiqələr: 2 qol
46-60-cı dəqiqələr: 5 qol
61-75-ci dəqiqələr: 3 qol
76-90-cı dəqiqələr: 3 qol.

Xəbər xətti