“Sabah” və Niderlandın “Telstar” klubu arasında Ozan Can Kökcünün icarəyə verilməsilə bağlı razılıq əldə olunub.
Sportal.az xəbər verir ki, müqaviləyə əsasən, gənc yarımmüdafiəçi cari mövsümün sonuna kimi Niderland 2-ci liqa təmsilçisində çıxış edəcək.
Ozan Can Kökcü 2019-cu ilin yayından “Sabah”ın uğurları üçün çalışır. Bu müddətdə komandanın əsas heyət üzvlərindən birinə çevrilən gənc futbolçu, “göy-ağ” formada 29 oyun keçirib, 1 qola imza atıb. Azərbaycanın U-21 millisinin də əsas üzvlərindən olan Ozan Canın icarəyə verilməsində onun Avropa təcrübəsi qazanması və özünü inkişaf etdirməsi perspektivləri əsas götürülüb.
saytlarin hazirlanmasi