Azərbaycan çempionatında ən çox oyun keçirən qapıçılar

12:23 - 14 Yanvar 2021

Azərbaycan çempionatlarında ən çox oyun keçirən qapıçı Fərhad Vəliyevdir. Qolkiper turnirdə 282 matça çıxıb.

 

Sportal.az PFL-ə istinadən xəbər verir ki, ikinci yerdə Rauf Mehdiyevdir. O, rekorddan 11 oyun geridədir. İlk “üçlüy”ü Cahangir Həsənzadə tamamlayır.

 

Karyerasını davam etdirən futbolçular arasında ən yüksək göstərici Anar Nəzirova məxsusdur. 4-cü sırada qərarlaşan qolkiperin rekorda 32 oyunu qalıb. Ən çox görüşə çıxan legioner qapıçı Saşa Stamenkoviç ümumi siyahıda 17-cidir. Ondan iki pillə geri qalan Kamal Bayramov da karyerasını Premyer Liqada davam etdirənlərdəndir. Kamran Ağayevlə Səlahət Ağayev “Top-20”də yer alsa da, cari mövsümdə iştirak etməyib.

 

Ən çox oyun keçirən 20 qapıçı:

 

1. Fərhad Vəliyev – 282

2. Rauf Mehdiyev – 271

3. Cahangir Həsənzadə – 268

4. Anar Nəzirov – 250

5. Nizami Sadıqov – 247

6. Kamran Ağayev – 229

7. Hüseyn Məhəmmədov – 227

8. Nadir Şükürov – 219

9. Elxan Həsənov – 203

10. Elşən Poladov – 200

11. Faiq Əzizov – 196

12. Səlahət Ağayev – 192

13. Camaləddin Əliyev – 173

14. Vitali Kovalyov – 173

15. Davud Kərimi – 162

16. Rauf Salamov – 156

17. Saşa Stamenkoviç – 150

18. Vladimir Kopeykin – 149

19. Kamal Bayramov – 146

20. Rövşən Əliyev – 138.

Xəbər xətti