İngiltərə millisi və “Mançester Yunayted”in keçmiş hücumçusu Ueyn Runi futbolçu karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, o, İngiltərə Çempionşipində mübarizə aparan “Derbi”nin baş məşqçisi təyin olunub. 35 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Komandada oyunçu kimi də çıxış edən Runi noyabr ayından baş məşqçisi vəzifəsini yerinə yetirirdi.
"Everton"un yetirməsi 2004-2017-ci illərdə "Mançester Yunayted"də çıxış edib.
saytlarin hazirlanmasi