Azərbaycan milli komandasının qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko karyerasını Rusiyada davam etdirəcək.
Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis Premyer Liqa təmsilçisi SSKA-nın məşqçilər heyətinə daxil olub. O, əsas komandada qapıçılar üzrə məşqçi kimi çalışacaq. Təcrübəli mütəxəssis bu gün komanda ilə İspaniyaya təlim-məşq toplanışına yollanacaq.
Azərbaycan millisinin keçmiş qapıçısı yığmadan əvvəl “Neftçi” və “Qəbələ”də də məşqçi kimi çalışıb.
saytlarin hazirlanmasi