De Byazidən Polşa millisinin baş məşqçisi təyin olunacağı xəbərinə reaksiya

13:06 - 19 Yanvar 2021

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Polşa yığmasından təklif aldığına dair xəbərlərə reaksiya verib.  

 

Sportal.az xəbər verir ki, bu barədə polşalı jurnalist Matyuş Sveçiçki “twitter” hesabında yazıb. O, italiyalı mütəxəssislə əlaqə saxladığını qeyd edib: “De Byazi bildirdi ki, Polşa yığmasına rəhbərlik etməsinə dair danışıqları DÇ-2018-dən sonra aparıb. Amma hazırkı iş yeri Azərbaycandadır və Polşa Futbol İttifaqından heç kim onunla əlaqə saxlamayıb”.

 

O da bildirilir ki, italiyalı baş məşqçinin 2016-cı il Avropa çempionatından sonra da Polşa yığmasına rəhbərlik etməsi planlaşdırılıb. Lakin nə AVRO-2016, nə də DÇ-2018-dən sonra De Byazinin təyinatı gerçəkləşməyib. Polşa Futbol Federasiyası yanvarın 18-də yığmanın baş məşqçisi Yeji Brjeçeki istefaya göndərib. 

 

Canni De Byazinin Azərbaycan millisi ilə müqaviləsi 2022-nin yayında başa çatacaq.

Xəbər xətti