Van Deyk fərdi məşqlərə başladı

23:49 - 24 Fevral 2021

"Liverpul"un müdafiəçisi Vircil van Deyk fərdi məşqlərə başlayıb.

 

Sportal.az xəbər verir ki, niderlandlı müdafiəçi daha əvvəl fitnes zalında çalışırdı. Zədə səbəbindən 4 ay oynamayan müdafiəçi ilk dəfə fərdi hazırlığa start verib.

 

29 yaşlı oyunçunun ötən ilin oktyabrında Premyer Liqanın 5-ci turunun "Everton"la matçında (2:2) diz bağları qopmuşdu.

Xəbər xətti