Joze Alesio: “İşimizin öhdəsindən gəlsək də, çox çalışmalıyıq”

Azərbaycanın futzal millisinin baş məşqçisi Joze Alesio Da Silva Avropa çempionatının seçmə mərhələsində Yunanıstanla oyundan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, braziliyalı mütəxəssis 4:0 hesablı qələbəni şərh edib:

 

“Qələbə və final mərhələsinə vəsiqə qazanmağımız münasibəti ilə komandamı təbrik edirəm. Təxminən iki aydan bir qədər artıq idi ki, məşq edir, oyunlar keçirirdik. Komanda indi-indi mən istəyən oyunu göstərməyə başlamışdı.

 

Əlbəttə, mövcud çətin vəziyyətdə bizə kömək etdiyinə görə AFFA və futzal federasiyasının rəhbərliyinə təşəkkür edirəm. Uzun fasilədən sonra biz ağır məşqlər keçdik, tədricən toparlanmağa başladıq.

 

İşimizin öhdəsindən gəlsək də, çox işləməliyik. Avropa çempionatının final mərhələsi çox çətin keçəcək. Ora daha güclü komandalar vəsiqə qazanıb. Ümid edirəm ki, pandemiya tezliklə başa çatacaq və rahat şəkildə məşqlər edəcəyik”.

Tarix: 14 Aprel [23:06]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 May 2021
15  May 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio