"Azərbaycan millisinin heyətində fərdi keyfiyyətləri ilə seçilən oyunçular yer alıb"

Futzal üzrə Yunanıstan yığmasının baş məşqçisi Yannis Ziavas Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportal.az xəbər verir ki, o, 0:4 hesabıyla məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

 

“Azərbaycan millisinin güclü komanda olduğunu bilirdik. Çünki bu komandanın heyətində istedadlı, fərdi oyun keyfiyyətlərinə görə seçilən futzalçılar yer alıb. Biz də çalışdıq öz oyunumuz oynayaq, tamaşaçılar meydanda baxımlı futzal izləsinlər. Bacardığımızı etdik. Təbii ki, bu cür oyunlar bizim təcrübə toplamağımız baxımından vacib idi. Avropa çempionatının final mərhələsində Azərbaycan millisinə uğurlar arzulayırıq”.

Tarix: 15 Aprel [15:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 May 2021
15  May 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio