"Qarabağ"da şok itki: mövsümü başa vurdu

19:25 - 17 Aprel 2021

Premyer Liqanın 23-cü turunda "Səbail"lə matçın ilk hissəsində zədələnərək əvəzlənən "Qarabağ"ın futbolçusu Filip Ozobiçin durumuna aydınlıq gəlib.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi bu gün həkim müayinəsindən keçib. Müayinədə Filip Ozobiçin sol incik sümüyünün yuxarı 1/3 hissəsinin yerini dəyişməyən sınığı aşkarlanıb. Bununla yanaşı, əzələ toxumalarının həmin nahiyədə əzniyi və əzələarası hematoma müəyyən edilib.

 

Bu səbəbdən Filip Ozobiçin mövsümün sonuna qədər oynamayacağı dəqiqləşib.

Xəbər xətti