Azərbaycan yığması Tokio Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb.
Sportal.az xəbər verir ki, bu uğura boksçu Cavid Çələbiyev imza atıb. O, Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində fərqlənib. 63 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/8 finalda İrlandiya idmançısı Corc Batesə qalib gəlib.
Bu qələbə həm 1/4 finala, həm də Tokio-2020-yə vəsiqə üçün yetərli olub. Bu çəki dərəcəsində turnirin 8 ən yaxşısı Yaponiya paytaxtında iştirak hüququ qazanır.
Bununla da yığmamızın Tokio-2020-yə lisenziya sayı 25-ə çatıb. Çələbiyev bu siyahıda ikinci boksçudur. Onadək Tayfur Əliyev (57 kq) də bu hüquqa yiyələnib.
saytlarin hazirlanmasi