Daha bir boksçumuz qələbə ilə başladı

10:10 - 5 İyul 2021

Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyi davam edir.

 

Sportal.az xəbər verir ki, 30 ölkənin qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb. Boksçularımızdan Fuad Babayev (60 kq) Asen Asenovu (Bolqarıstan) sınağa çəkib. İdmançımız rəqibini 5:0 hesabı ilə məğlub edib. O, səkkizdəbir finalda litvalı Paulius Bublis ilə döyüşəcək. Görüş iyulun 6-na təsadüf edəcək.

 

Yığmamızın digər üzvü Nadir Məlikov (57 kq) Davide Pasçazionu (İtaliya) ilə qarşılaşmada məğlub olub.

 

30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçunun mübarizə apardığı yarışda final görüşləri iyulun 11-də baş tutacaq.

Xəbər xətti