Boksçumuz finalda uduzdu

18:18 - 12 İyul 2021

Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyinə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Məhəmmədəli Qasımzadə (54 kq) yarışı gümüş medalla başa vurub. Boksçumuz ardıcıl olaraq Arseni Oniyenkonu (Ukrayna), Fyodor Kamanini (Estoniya) və Daniel Girleanunu (Rumıniya) məğlub etsə də, finalda rusiyalı Boqdan Primanın öhdəsindən gələ bilməyib.

 

Gərgin idman mübarizəsi şəraitində keçən döyüş rəqibin qələbəsi ilə yekunlaşıb.

 

Beləliklə, komandamız yarışı 1 medalla başa vurub.

 

Yarışda 30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçu mübarizə aparıb. Komandamız qitə birinciliyində 14 idmançı ilə təmsil olunub.

Xəbər xətti