"Qarabağ"ın Almaniya klubu ilə oyununun vaxtı bilindi

17:20 - 14 İyul 2021

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” sabah sonuncu yoxlama oyununa çıxacaq.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi Almaniyanın “Auqsburq” komandası ilə qarşılaşacaq.

 

Qarşılaşmaya Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

 

“Qarabağ” Avstriyadakı iki yoxlama oyunu keçirib. “Köhlən atlar” Bolqarıstanın ÇSKA (Sofiya) komandasını məğlub edib (1:0), Rusiya “Arsenal”ına isə uduzub (0:1).

Xəbər xətti