"Mançester Yunayted"in futbolçusu Markus Reşford əməliyyat olunacaq.
Sportal.az xəbər verir ki, tibbi müayinədən keçən zaman çiynində zədə aşkarlanıb. 23 yaşlı hücumçu avqust ayının əvvəlində çiynindən əməliyyat olunacaq. İngiltərə millisinin üzvünün 3 ay yaşıl meydanlardan kənar qalacağı ehtimal olunur.
Markus Reşford İngiltərə milli komandası ilə Avropa çempionatında gümüş medal qazanıb.
saytlarin hazirlanmasi