“Zirə”nin hücumçusu Ağabala Ramazanov Sportal.az saytına müsahibə verib:
- “Zirə”nin toplanışı necə keçir? Sizi narahat edən, sevindirən məqamlar hansılardı?
- Hər şey plan üzrə gedir. Bizi narahat edən heç bir məqam yoxdu. Sevindirən məqam isə, 35 günlük fasilədən sonra yenidən sevimli işimizə qayıtmağımızdı.
- Komandaya yeni futbolçular da dəvət edilib. Yeni gələnlər haqda hansı fikirdəsən və kollektivə tam öyrəşə biliblər?
- Yeni gələnlərin hər birinə ayrı-ayrılıqda uğurlar arzu edirəm. Hər biri də komandamız üçün xeyirli olacaq. Buna çox inanıram.
- Hazırkı heyətlə “Zirə” yeni mövsüm hansı nəticəyə imza ata bilər?
- Bu barədə danışmaq hələ tezdi. Zamanla hər şey bilinəcək. İndidən nəsə demək istəmirəm.
- Ötən mövsüm avrokuboklar uğrunda mübarizə aparsanız da, sonda vəsiqəni əldə edə bilmədiniz. Niyə alınmadı?
- Bəli, avrokuboklara vəsiqə qazana bilmədiyimiz üçün üzüldük. Ancaq sona qədər təslim olmadıq. Bu məqamlar bizi daha da gücləndirdi. Allah qoysa bu mövsüm bizim üçün xeyirli olar.
- Avrokuboklarda çıxış edən klublarımızın çıxışlarını necə, izləyirsən? Səncə, hansı klubumuzu növbəti mərhələyə iddialı hesab edirsən?
- Klublarımızın hər birinin növbəti mərhələyə keçməyini, uğurlar qazanmağını istəyirəm. “Neftçi” də növbəti mərhələyə adladı, onları da təbrik edirəm. Avrokuboklarda çıxışına başlayacaq digər komandalara da uğurlar arzu edirəm.
- Bir ara adın xarici klublarla hallanırdı. Xaricə getməyinlə bağlı heç təkliflərin olmuşdu?
- Bəli, bu yay xarici klublardan təkliflərim olmuşdu. Amma “Zirə”də qalmağı məsləhət bildim. Bu komanda üçün əlimdən gələni edəcəm.
- Bəs, “Şerif” məsələsi necə oldu? Onlar səni istəsə də, həmin vaxtı “Zirə”yə keçmişdin. Heç ondan sonra Tiraspol komandası sənə yenə təklif göndərmişdi?
- Xeyr, sonradan olmadı.
saytlarin hazirlanmasi