"Ozobiç Azərbaycan millisinə lazımlı futbolçu deyil"

14:13 - 15 İyul 2021

FİFA “Qarabağ”ın xorvatiyalı futbolçusu Filip Ozobiçin Azərbaycan millisində oynamağına icazə verib.


Sportal.az xəbər verir ki, 30 yaşlı futbolçunun millinin qarşıdakı toplanışına dəvət ediləcəyini istisna edilmir. Yığmamızın sabiq üzvü Ramal Hüseynov Ozobiçin milliləşdirilməsi və millimizdəki mümkün çıxışı haqda danışıb: 


“Filip Ozobiç milli komandaya lazımlı futbolçu deyil axı. Bizim milliyə yerli futbolçular lazımdı. Bilirsiz, nə qədər legionerlər milliləşdirsək belə, inanın onlar yerli futbolçular kimi nə mübarizə aparacaq, nə də canla-başla oynayacaq.

 

Milliyə cəlb olunan milliləşdirilmiş futbolçular, meydanda bütün gücünü qoymur. Xatırlayın, milliyə indiyə qədər nə qədər qeyri-azərbaycanlı dəvət edilib? Hansını xatırlayırsız? Təbii ki, adı yadınızdadır, amma mən oyunlarını nəzərdə tuturam. Hansı legioneri oyununa görə xatırlamaq olarki? Hamısı sadəcə pul qazanıb".

Xəbər xətti