Milli komandamızın və "Neftçi"nin keçmiş futbolçusu Hüseyn Məhəmmədov Sportal.az saytına müsahibə verib.
Veteran futbolçu "Neftçi"nin Çempionlar Liqası təsnifat mərhələsində "Dinamo" (Tbilisi) ilə keçirdiyi oyunu dəyərləndirib:
- "Neftçi" "Dinamo" ilə matçda qalib gəlməyi bacardı. Ümumi oyunu "flaqman" üçün necə dəyərləndirdin?
- Hər iki oyunda qələbə qazanmaq "Neftçi" üçün asan olmadı. Əsas məqsəd mərhələni keçmək idi, onu da bacardılar. Hesabda 0:1 geri olmasına baxmayaraq, "Neftçi" əzmkar oyun nümayiş etdirdi. "Neftçi" umumi olaraq pis təsir bağışlamadadı. Amma yüksək performans da göstərmədilər. Futbolçular meydanda bacardıqlarını etdilər.
- Necə düşünürsən, "Neftçi"nin əsas problemli nöqtəsi, daha çox səhv etdiyi mövqe hansıdır və daha çox nəyin üzərində işləməlidirlər?
- Konkret olaraq hansı mövqedə daha çox səhv etdiklərini demək doğru olmaz. Futbol səhvlər oyunudur. Bu hər zaman belə olacaq. Amma "Neftçi"nin müdafiə xətdində bir az çatışmamazlıq var. Yəqin ki, bunu baş məşqçi daha yaxşı görür. Ümid edirəm ki, növbəti oyunlarda bu problemlərin olmaması üçün addımlar atılacaq.
- Komandanın yeni transferlərə ehtiyacı çoxdu? Daha çox hansı mövqe üçün transferə ehtiayc var?
- Hansı mövqeyə transfer lazım olduğunu baş məşqçi daha yaxşı bilir. Hər məşqçinin öz taktikası olur, bunu uyğun futbolçular transfer edir. Bizim hansı mövqeyə transfer lazım olduğunu deməyimiz düzgün olmaz.
- Samir Abasov bir vaxtlar fubtolçusu olduğu Kaxaber Sxadadzeni məşqçi kimi məğlub etdi. Şagirdlər müəllimlərini məğlub edirlər deyimi burada da özünü göstərdi. Taktiki planda Abasovun Kaxanı udduğunu demək olar yoxsa, "Neftçi" futbolçuların keyfiyyəti məsələsində gürcülərdən üstün idi?
- Kaxaber Tsxadadze Azərbaycanda işləyərkən Samir Abasov onun futbolçusu olub. Samir müəllimin öz oyun fəlsəfəsi var. Komandasını da buna uyğun hazırlaşdırır. Mən inanmıram ki, o, komandasını "Dinamo" ilə oyuna Tsxadadzenin yanında futbolçu olarkən gördüklərinə əsasən hazırlamışdı. Samir Abasov komandasını oyunlara öz bilikləri, məşqçilik bacarıqlarına görə kökləyir.
- "Neftçi"ni qarşıda "Olimpiakos"la oyun gözləyir. Yunanıstan çempionu ilə oyunda "Neftçi"nin şanslarını necə dəyərləndirirsən? Səncə, mərhələ keçmək şansı neçə faizdi?
- Düzdü "Olimpiskos" Avropada tanınan güclü klublardan biridi. Rəqibi tanıyırıq, "Neftçi"nin kiminlə qarşılaşacağını bilirik. "Neftçi" Yunanıstan klubuna qarşı əzmkar oyun göstərəcək. Şansları 60/40-a, 70/30-a "Olimpiakos"un xeyrinə dəyərləndirirəm.
- "Olimpiakos" "Dinamo"dan fərqli olaraq çempionatda oyun keçirməyib, onlar da mövsümə hazırlaşır. "Neftçi" isə artıq 2 rəsmi oyun keçirib. Bu mənada, "Neftçi"nin az da olsa üstünlüyü varmı? İlk oyun Yunanıstandadı, hansı hesabla dönüş Bakıda "Neftçi"yə ümid verəcək?
- Yunanıstan çempionatının başlamamasına baxmayaraq "Olimpiakos" 6 yoxlama oyunu keçirib və bunların 5-də qalib gəlib. Rəsmi görüş keçirməsələr də, oyun parkatikaları var. "Neftçi"nin Çempionlar Liqasında 2 oyun keçirməsinə görə yunanların hər hansı problem yaşayacağına inanmıram.
- Milli barədə danışaq. Filip Ozobiç milliləşdirildi. Səncə, 30 yaşındakı futbolçu yığmaya nə verəcək?
- Ozobiç uzun illərdi Azərbaycanda oynayır. Əgər bir futbolçu milliyə xeyir verəcəksə, niyə də olmasın? Ozobiç təcrübəli futbolçu kimi milli komandaya xeyir verə bilər.
saytlarin hazirlanmasi