"Qarabağ"ın Konfrans Liqasındakı oyununa bilet satışı başlayır

23:01 - 15 İyul 2021

UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Aşdod” (İsrail) oyunun biletləri sabahdan satışa çıxarılacaq.

 

Sportal.az xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 3, 5, 10, 20 və 30 manat təşkil edir.

 

COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

 

Satış məntəqələri:

 

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında 11:00-dan 19:00-dək 2-ci və 3-cü kateqoriya biletlər satılacaq (5-3 azn);

İticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

FAW Azərbaycan-da isə (həftəiçi 10:00-dan 17:00-dək; həftəsonları 10:00-dan 16:00-dək) VIP və 1-ci kateqoriya (10 azn)  biletlər satışda olacaq;

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda, eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılacaq (11:00-19:00).

 

Qeyd: bir şəxs cəmi üç bilet ala bilər.

Xəbər xətti