“Dinamo”nun “Neftçi”yə qarşı keçirdiyi hər iki oyununu izlədim. “Neftçi”ni bəyəndim, yaxşı görünürdü. Təbii ki, onların növbəti mərhələyə vəsiqə qazanmasına sevindim”.
Bu sözləri Sportal.az-a açıqlamasında “Neftçi”nin sabiq qolkiperi Vladimir Miçoviç deyib.
Vaxtilə “ağ-qaralar”ın qapısını qorumuş serbiyalı veteran “Neftçi”nin Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki şanslarını dəyərləndirib. Miçoviç, sabiq komandasının “Olimpiakos”u keçmək ehtimalının olduğunu deyib: “Neftçi”ni indi daha ciddi rəqib gözləyir. “Olimpiakos”la görüş çətin olacaq. Amma “Neftçi”yə inanıram. Ki, nəticə göstərəcklər, mərhələ keçməyə də şansları var. Əlbəttə, “Neftçi”yə azarkeşlik edəcəm. “Neftçi” çox ciddi görünür, buna görə də şadam”.
2005-2010-cu illərdə “Neftçi”nin qapısını qorumuş Miçoviç komandanın baş məşqçisi Samir Abasovu transfer istəməsində haqlı hesab etdiyini də söyləyib: “Hər bir məşqçi komandasının güclənməsini istəyir. Samir Abasov da güclənməyin lazım olduğunu deyərək, haqlıdır. İstənilən məşqçi yaxşı futbolçularla çalışmaq istəyər. Gördüyüm qədərilə müdafiədə də güclənmək lazımdı. Komandanın hardasa 2-3 yeni transferə ehtiyacı var. Amma etiraf edək ki, indi yaxşı futbolçu tapmaq, gətirmək də asan məsələ deyil. Onları tapıb gətirmək də işdir”.
Serbiyalı sonda UEFA Konfrans Liqasında ölkəsini təmsil edəcək "Çukariçki"nin “Sumqayıt”a qarşı keçirəcəyi oyundakı şanslarını dəyərləndirib. O, həmyerlilərinə də, “kimyaçılar”a da eyni şansı verib: “Çukariçki” gənc komandadı. Demək olar ki, hamısı da öz oyunçularıdı, akademiyada yetişən istedadlı gənclərdi. Maraqlı oyun olacağı dəqiqdi. Özünüz də görəcəksiniz “Çukariçki”də necə gənc uşaqlar oynayır. Şanslar təbii ki, 50/50-di”.
saytlarin hazirlanmasi