Medianın İnkişafı Agentliyi layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı mövzusunda III YAZI
Məlum həqiqətdir ki, idman bütün səviyyələrdə insanların sağlamlığının yaxşılaşdırılması üçün universal mexanizm hesab edilir. Artıq idman insanın özünü ifadə etməsi və inkişafı yolu, eyni zamanda ictimai hadisələrə münasibətinin formalaşdıran mühüm vasitədir. Məhz buna görə də müasir mədəniyyətin dəyərlər sistemində idmanın yeri kəskin dərəcədə artıb. Elə bu səbəbdən dünyada bədən tərbiyəsi və idmanın sosial rolunu artırmaq üçün artıq məqsədyönlü dövlət siyasəti yürüdülür. Bunun real təzahürünü Azərbaycanda da görmək mümkündür.
İndi ölkəmizdə dövlət bədən tərbiyəsi və idmanın inkişafına, bu zəmində yaradılmış ictimai təşkilatlara, onların fəaliyyətinə davamlı dəstək verir. Dövlət əhalinin, xüsusən də uşaq və gənclərin sağlamlığının möhkəmləndirilməsində bədən tərbiyəsi və idmanın müstəsna əhəmiyyət kəsb etdiyini qəbul edir. Məhz bu fonda da idman siyasəti dövlərtin əsas prioritetləri sırasında yer alır. Eyni zamanda idman insanların asudə vaxtların təşkili və gənclərin ictimai davranışının düzgün formalaşmasında böyük önəm kəsb edir. Bədən tərbiyəsi və idmanın gənclərin əxlaqi, estetik və intellektual inkişafının vacib komponenti olduğu da dövlət tərəfindən mütləq nəzrə alınır. Araşdırmalar göstərir ki, əmək qabiliyyətli əhalinin bədən tərbiyəsi və idmana cəlb edilməsi də daim yüksək effektə malikdir. Bu məqam Azərbaycanda dövlətin idman siyasətində mütləq nəzərə alınır. Burada hətta məşğulluq kimi məqamlara da xüsusi diqqət edilir. Məsələ burasındadır ki, idman oyunları, idman sənayesi yüksək gəlir gətirən sahələr sırasında yer alır. Eyni zamanda idman yarışlarının televiziyalarda yayımı, verilən reklamlar üçün ödənilən vəsaitlərinin ildən-ilə çoxalması da bu istiqamətdə gəlirlərin sürətlə artırır.
Bu fonda həm əhalinin maraqları və ehtiyaclarını nəzərə alan, həm də sağlamlıq kimi vacib məsələdə idmanın rolunu yüksək qiymətləndirən Azərbaycan dövləti müvafiq infrastrukturun formalaşdırılmasına artıq xüsusi diqqət edir. Lakin ölkədə insan resurslarının vəziyyəti bədən tərbiyəsi və idmanın sosial rolunun bundan sonra da davamlı şəkildə artırılmasına hələ çox böyük ehtiyac duyulduğunu deməyə əsas verir. Burada nəzərə alınmalıdır ki, uzun illərdən bəri yaşadığımız müharibə şəraitinin ağırlığı, yurd-yuvasından qaçqın düşən yüz minlərlə soydaşlarımızın olması idman sahəsində də öz mənfi fəsadlarını hiss etdirib. Bununla belə idmançıların bütün problemlərinin həllində hər zaman dövlət qayğısı hiss olunub və olunmaqdadır. Xüsusən də Ümummilli lider Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra idmanla bağlı mühüm yenilikləri özündə ehtiva edən siyasətin təşəbbüskarı və ilhamvericisi oldu. Təsadüfi deyil ki, hakimiyyətə gəldikdən az sonra məhz Ulu öndərin 26 iyul 1994-cü il tarixli fərmanına əsasən ölkədə Gənclər və İdman Nazirliyi yaradıldı. Bundan az sonra yenə Heydər Əliyevin fərmanına əsasən 1995-ci ildə Azərbaycanda idman fondu yaradıldı. Bütün bunlar, imzalanan rəsmi sənədlər əhalisi arasında sağlam həyat tərzinin təbliğ edilməsi və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsinə ciddi təsir göstərdi.
Bu, gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına ciddi təkan verdi. Ölkəmiz bütün sahələrdə, o cümlədən idmanda da beynəlxalq arenaya çıxmaq imkanı qazandı. Ulu öndərin idmana yanaşmasını aşağıdakı fikirləri ən yüksək tərzdə ifadə edir: “Biz bu gün müstəqil dövlətimizi qurarkən gələcək nəsillərimiz barədə düşünməliyik. Bizdən sonra gələn nəsillər fiziki cəhətdən daha da möhkəm, əqli cəhətdən daha da sağlam olsunlar. Biz buna nail olmaq üçün idmana, bədən tərbiyəsinə çox ciddi fikir verməliyik. Hesab edirəm ki, bu sahədə çox işlər görməliyik, bir çox tədbirləri həyata keçirməliyik. Biz bunu ümumxalq hərəkatma çevirməliyik. Ona nail olmalıyıq ki, bədən tərbiyəsi və idman Azərbaycanın hər bir gənci üçün, hər bir vətəndaşı üçün ənənəyə çevrilsin. Müstəqil Azərbaycanı gələcəkdə də yaşatmaq, onu daha da möhkəmləndirmək, dünya miqyasında böyük dövlətə çevirmək üçün gənclərimiz həm şüurlu, həm zehni, həm mənəvi cəhətdən, həm də fiziki cəhətdən hazırlaşmalıdırlar”. Bəli məhz bu yanaşma şəraitində Azərbaycanda ötən əsrin 90-cı illərininortalarından etibarən, idmaının inkişafında yeni yüksəliş mərhələsi başladı. Bədən tərbiyəsi və idman millətin fiziki, mənəvi inkişafının ən universal vasitəsinə çevrildi. Onilliklər boyu bədən tərbiyəsi və idman sahəsi ciddi maliyyələşdirilmədiyi halda Heydər Əliyev vəziyyəti dəyişdirdi. Çünki cəmiyyətin inkişafında idman amilinin rolunu Ulu öndər yüksək qiymətləndirirdi.
Mirbağırağa Cəfərli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
saytlarin hazirlanmasi