Cavid Çələbiyev: "Həmişəki kimi, Tokio-2020-də də haqsızlıqla üzləşdik"

Cavid Çələbiyev Tokio-2020-də boks yarışlarının 1/8 final mərhələsində erməni rəqibi Ovanes Baçkova məğlub olaraq mübarizəni dayandırıb.

 

Sportal.az xəbər verir ki, idmançımız döyüşdən sonra açıqlama verib. O, məğlubiyyətini hakim haqsızlığı ilə əlaqələndirib:

 

“Qələbə gözləyirdim. Mənə elə gəlir ki, bir qədər hakim haqsızlığı oldu. Birinci raundu qazandıqdan sonra ikinci raundda da demək olar ki, qalib olmuşdum. Amma, ikinci raudda qələbəni qarşı tərəfə verdilər. Həmişəki kimi, Tokio-2020-də də haqsızlıqla üzləşdik. Bu, hakimlərin haqsızlığından irəli gəlir”.

Tarix: 31 İyul [10:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 Oktyabr 2021
27  Oktyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio