Paytaxt klubununun yeni transferi: "Pul haqda danışmağı sevmirəm"

11:53 - 5 Avqust 2021

“Qəbələ”də qalmaq istəyərdim. Sadəcə elə alındı ki, orada qalası olmadı. Bu komandaya uğurlar arzu edirəm”.

 

Bunu Sportal.az saytına açıqlamasında Yurgen Qoca deyib.

 

“Qəbələ”dən ayrıldıqdan sonra “Səbail”ə keçən albaniyalı müdafiəçi yeni komandası haqda danışıb. Saytımıza qısa açıqlama verən müdafiəçi “Səbail”dəki məqsədindən söz açıb:

 

“Səbail”dən təklif olması haqda agentim mənə xəbər etdi. Danışıqlar getdi, sonda “Səbail”də oynamağa razılıq verdim. Pul haqda danışmağı sevmirəm, amma onu deyə bilərəm ki, yeni klubumda aldığımla əvvəlki arasında böyük fərq yoxdu. Əlbəttə ki, “Səbail” üçün də ən yaxşısını etməyə çalışacam. Ümidvaram ki, bu komandada da hər şey yaxşı alınacaq. 


"Sabah"? Xeyr, bu komandadan heç təklif almamışdım. Yalnız "Səbail"dən təklifim var idi, dediyim kimi danışıqlar getdi, sonda razılıq əldə olundu".

 

Xəbər xətti