Niderlandın U-19 millisində xoşagəlməz hadisə yaşanıb.
Sportal.az xəbər verir ki, PSJ-li Xavi Simons, "Ayaks"ın üzvləri Naci Ünüvar, Aryani Marth, Rio Hillen və "Feyenoord"un futbolçusu Mimeirhel Benita otelə qadın dəvət etdikləri üçün yığmadan kənarlaşdırılıblar. Yığmanın çalışdırıcısı Bert Koterman futbolçuları pandemiya qaydalarına riayət etmədikləri üçün heyətdən uzaqlaşdırıb.
Federasiya futbolçuların bu hərəkətlərinə görə onları klublarına geri göndərdiyini açıqlayıb.
saytlarin hazirlanmasi