İki boksçumuz Avropa çempionatında bürünc medal qazandı

13:57 - 22 Oktyabr 2021

Monteneqronun Budva şəhərində gənc boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin döyüşlərinə start verilib.

 

Sportal.az xəbər verir ki, finala vəsiqə üçün Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.

 

Boksçularımızdan Nicat Hüseynov (51 kq) üçüncü sınağında rusiyalı Ruslan Pirovla üz-üzə gəlib. Gərgin keçən görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Digər təmsilçimiz Kamil Babayev (54 kq) də yarımfinalda büdrəyib və gürcüstanlı Giorgi Sajaya həlledici qarşılaşmaya vəsiqə qazanıb.

 

Nəticədə hər iki boksçumuz Avropa çempionatını bürünc medalla başa vurub.

Xəbər xətti