"Xəzər Lənkəran"ın sabiq futbolçusu Bakı klubunda işləyəcək

“Səbail” klubunun U-13 komandasında baş məşqçi dəyişikliyi qeydə alınıb.

Sportal.az xəbər verir ki, bir neçə gün öncə sözügedən komandanı çalışdıran Mahmud Əhmədov postundan ayrılıb.

2018-ci ildən etibarən “Səbail”in U-9, U-10, U-11, U-12 və U-13 komandalarında baş məşqçi vazifəsində çalışan gənc mütəxəssisin klubla müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə olunub. O, bundan sonra “Neftçi”də çalışacaq.

“Səbail”in U-13 komandasının yeni baş məşqçisi isə Elnur Abdullayev təyin olunub. Hansı ki, o, bu vaxta qədər “dənizçilər”in U-14 komandasında köməkçi məşqçi kimi çalışırdı.

Xatırladaq ki, Elnur Abdullayev futbolçu karyerası dönəmində “Turan”, “Neftçi”, “Bakı”, “Olimpik”, “Muğan”, “Xəzər Lənkəran”, “Simurq”, “İnter” (indiki “Keşlə”) və “Sumqayıt”da forma geyinib. (newsport.az)

Tarix: 13 Yanvar [15:43]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Yanvar 2022
23  Yanvar 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio