Azərbaycan Boks Federasiyasına yeni prezident seçildi

12:39 - 9 Fevral 2022

Azərbaycan Boks Federasiyasında (ABF) hesabat-seçki konfransı keçirilib.

 

Sportal.az xəbər verir ki, tədbir Gənclər və İdman Naziriliyinin inzibati binasında olub.

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev federasiyanın prezidenti seçilib. O, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovu əvəzləyib.

 

K.Heydərov 2021-ci il dekabrın 30-da Azərbaycan Taekvondo Federasiyasının prezidenti vəzifəsinə yenidən seçildiyi üçün ikinci federasiyadakı postundan istefa verməli olub.

Xəbər xətti