"Mançester Yunayted"in bugünkü məşqi yarımçıq dayandırılıb.
Sportal.az xəbər verir ki, buna səbəb iki futbolçunun dava etməsi olub. Bu barədə "The Sun" nəşri məlumat yayıb. Dava edən oyunçuların adları açıqlanmayıb.
"Mançester Yunayted" son olaraq Premyer Liqanın XXXVI turunda "Brayton"a 0:4 hesabı ilə uduzub və UEFA Çempionlar Liqasında iştirak şansını itirib. Komanda Premyer Liqada 7-ci sıradadır.
saytlarin hazirlanmasi