Premyer Liqanın 27-ci turunda "Zirə" "Neftçi"ni qəbul edir.
Sportal.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilən görüşün ilk yarısında "Neftçi" azarkeşləri tribunadan uzaqlaşdırılıb. Buna səbəb onların klub prezidenti Kamran Quliyev və baş məşqçi Samir Abasovu istefaya səsləmələri səbəb olub.
Polislər öncə onlara xəbərdarlıq etsələr də, hal ikinci dəfə təkrarlanınca "Forza Neftçi" üzvləri tribunadan kənarlaşdırılıb.
Bundan sonra "Zirə" fanatlarının "Forza Neftçi" şüarları səsləndirərək, rəqib azarkeşlərə dəstəyi diqqət çəkib.