Şəhid azarkeşin atası: "Qurban müəllim çox sağ olsun, unutmayıb"

23:03 - 21 May 2022

"Qarabağ" klubunun şəhid azarkeşi Məhəmmədəli İbrahimlinin atası Mütəllim İbrahimli "atlılar"ın Premyer Liqada çempionluq münasibətilə mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlama verib.

Sportal.az xəbər verir ki, şəhid atası "Qarabağ"ın prezidenti Tahir Gözəl və baş məşqçi Qurban Qurbanova təşəkkürünü bildirdi:

"Qarabağ" komandasını, qarabağlıları təbrik edirəm. Bu gün bizim üçün çox qiymətlidir. Komandamız birinci yeri tutdu. Sevincimizin həddi-hüdudu yoxdur. Sevinirəm ki, dostlar bizi yaddan çıxarmayıb. Qurban müəllim çox sağ olsun, unutmayıb. Bu gün məni dəvət etdi və gəldim baxdım. Şəhid oğlum Məhəmmədəlinin xatirəsinə edilən tədbirlərin hamısı ürəyimcə oldu. Allah hamısından razı olsun. Bir də qeyd etmək istəyirəm ki, Tahir müəllimdən də Allah razı olsun. O, bizim üçün dəyərli adamdır".

Xəbər xətti