Kaşuk "Sabah"ın yubiley qoluna imza atdı

14:59 - 22 May 2022

“Sabah” Premyer Liqada 25-ci heç-heçəsinə imza atıb.

 

Sportal.az xəbər verir ki, XXVIII turun “Qəbələ” ilə səfər matçı komandanın 104-cü oyunu olub. Bakılılar yubiley heç-heçəsini qollu sülhlə gerçəkləşdirib – 1:1.

 

“Sabah”ın bərabərlik topuna imza atan Aleksey Kaşuk klub tarixinə 50-ci səfər qolunun müəllifi kimi düşüb. Paytaxt təmsilçisi rəqib meydanlarındakı 53-cü görüşdə 50-ci dəfə fərqlənib.

Xəbər xətti