"Qəbələ"nin baş meneceri: "2-3 yeni oyunçu götürmək fikrimiz var"

17:30 - 22 May 2022

Premyer Liqanı 4-cü pillədə başa vuran “Qəbələ”ni Konfrans Liqasında iştirak gözləyir. Hal-hazırda bölgə klubunun qarşısında dayanan əsas məsələ gələn mövsümün büdcəsini formalaşdırıb, hazırlıqlara başlamaqdır.

 

Sportal.az saytına açıqlama verən “Qəbələ”nin baş meneceri Nail Kərimov 15-20 günə komandanın bir araya gələcəyini dedi:

 

“Toplanışın ilk mərhələsi Qəbələdə olacaq. Büdcə ilə bağlı məsələyə aydınlıq gəldikdən sonra isə artıq toplanışın ikinci mərhələsini duruma və maliyyəyə uyğun təşkil edəcəyik. Heyətə gəlincə, əsas məqsədimiz indiki heyəti qoruyub saxlamaqdır. Bununla yanaşı, daha 2-3 yeni oyunçu götürmək fikrimiz var. Büdcəmiz kiçik olduğuna görə, transferlərdə çox diqqətli olmalıyıq. Səhvlərə yol versək, bu, bizə çox çətinliklər yaradacaq”.      

Xəbər xətti