Azərbaycanlı futbolçular Latviyada məğlubiyyətə üzüldülər

22:04 - 22 May 2022

Futbol üzrə Latviya çempionatında XV turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular – Asim Əlizadə və Şakir Seyidovun formasını geyindikləri “Dauqavpils” səfərdə “Spartak”la qarşılaşıb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

Şakir bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Asim isə sonadək ehtiyatda qalıb.

“Dauqavpils” 15 turdan sonra 15 xalla 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

Xəbər xətti