"Qəbələ" ilk transferini açıqladı

18:09 - 23 May 2022

“Qəbələ” mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” İlkin Qırtımovu heyətinə qatıb. 32 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

 

Son klubu “Şamaxı” olan Qırtımov 2015-18 və 2019-2022-ci illərdə bu komandada çıxış edib. O, Premyer Liqada “Simurq” (2009-2015), “Neftçi” (2018) və “Zirə”nin (2018-2019) də formasını geyinib.

 

Xatırladaq ki, İlkin Azərbaycan millisində də çıxış edib. Yığmada 2014-cü ildə debüt edən müdafiəçi 5 matç keçirib.

Xəbər xətti