Levandovski ardıcıl ikinci dəfə "Qızıl buts" qazandı

11:55 - 24 May 2022

Polşa millisinin forvardı Robert Levandovski ardıcıl ikinci dəfə “Qızıl buts”a sahib çıxıb.

Sportal.az xəbər verir ki, “Bavariya”nın 34 yaşlı hücumçusu Almaniya Bundesliqasının 34 oyununda 35 qol vurub.

70 xala malik Levandovski rəqiblərini böyük fərqlə üstələyib. PSJ-nin hücumçusu Kilian Mbappe, Çiro İmmobile, və Kərim Benzemanı qabaqlayıb. 
 

Xəbər xətti