Namik Ələskərov "Bursaspor"a pul qazandırmaq istəyir

16:15 - 9 İyun 2022

"Bursaspor"da çıxış edən Namik Ələskərov kluba pul qazandıraraq vidalaşmaq istəyir.


Sportal.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 27 yaşlı vinger digər legionerlərdən fərqli olaraq hələ ki, vida mesajı paylaşmayıb.


"Bursaspor" yeni mövsümdə Türkiyə II Liqasında mübarizə aparacaq. Burada isə legionerlərin oynamasına icazə yoxdur.


Namik Ələskərovun "ağ-yaşıllar"la 2023-cü ilədək müqaviləsi var və o, hələ sözləşməsini ləğv etməyib. Millimizin üzvü Bursanı və "Bursaspor"u çox sevdiyini klub rəhbərliyinə bildirib. Buna görə də o, maaşını alacağı halda kluba satışından pul qazandıraraq vidalaşmaq istədiyini deyib.


Namik Ələskərovla Türkiyə və Azərbaycan klubları yaxından maraqlanır.

Xəbər xətti