Yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq "Turan Tovuz"un büdcəsi hələ müəyyənləşməyib.
Sportal.az saytının məlumatına görə, qərb bölgəsi təmsilçisi buna də görə planlarını tam qura bilmir. Tovuzlular baş məşqçi Ayxan Abbasov və razılıq əldə etdikləri futbolçularla büdcə məsələsinə görə hələ müqavilə imzalamayıb.
"Turan Tovuz"un büdcəsi təsdiqlənəndən sonra həm baş məşqçi, həm də oyunçularla münasibətlər rəsmiləşdiriləcək. Əldə etdiyimiz məlumata görə, maliyyə məsələsinə növbəti həftədə aydınlıq gələcək.
Elçin Əlixan
saytlarin hazirlanmasi