"Qəbələ"nin Macarıstan klubu ilə oyunlarının vaxtı məlum oldu

17:51 - 20 İyun 2022

"Qəbələ" Avropa Konfrans Liqasının II təsnifat mərhələsində "Fehervar" klubu ilə qarşılaşacaq.


Sportal.az xəbər verir ki, bu komandalar arasında keçiriləcək oyunların vaxtı məlum olub.


İlk görüş iyulun 21-də Macarıstanda baş tutacaq. "MOL Arena Sosto"da keçiriləcək qarşılaşma Bakı vaxtilə saat 21:00-da başlayacaq.


Komandalar arasında cavab matçı 28 iyul tarixində Qəbələ şəhər stadionunda oynanılacaq. Bu oyunun başlama saatı açıqlanmayıb.

 

Xəbər xətti