Braziliyalı futbolçu Neymarın şəxsi təyyarəsi məcburi eniş edib.
Sportal.az xəbər verir ki, PSJ-nin ulduz futbolçusu “Cessna 680 Citation” təyyarəsi ilə Barbadosdan Sao Pauloya gedirmiş. Lakin texniki nasazlıqlara görə “hava gəmisi” Braziliyanın şimalındakı Boa Vista hava limanına təcili eniş etmək məcburiyyətində qalıb.
Təyyarədə Neymarla birlikdə onun bacısı da olub. Hadisə amanı xəsarət alan olmayıb.
saytlarin hazirlanmasi