"Səbail" müdafiəçi ilə yollarını ayırdı

11:16 - 22 İyun 2022

"Səbail"də növbəti ayrılıq gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Məhəmməd Mirzəbəyovun müqavilə müddətinin başa çatması ilə əlaqədar olaraq futbolçu ilə yolların ayrılması barədə qərar qəbul edib.

 

Qeyd edək ki, 31 yaşlı sağ cinah müdafiəçisi 2021-ci ilin yayından "Səbail"də çıxış edirdi. O, "dənizçilər"in heyətində meydana çıxdığı 23 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti